Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / İdman / “Neftçi”nin kapitanı:”Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

“Neftçi”nin kapitanı:”Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

“Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur”. 

Bunu “Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının I təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirərkən deyib.

Təcrübəli yarımmüdafiəçi Moldova “Sperantsa”sı barədə məlumatsız olduqlarını bildirib. Lakin onun fikrincə, baş məşqçi Roberto Bordin əvvəllər Moldovada çalışdığı üçün rəqiblə bağlı komandanı məlumatlandıracaq: “Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

Qeyd edək ki, “Neftçi” və “Sperantsa” arasındakı ilk oyun iyulun 11-i “Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək/Report.

Həmçinin oxuyun

Prezident xanımı ilə bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi …