Cümə , Noyabr 27 2020
Ana səhifə / İdman / “Neftçi”nin futbolçusu qadına sataşdı: “Neyləyirsən o əri?” – İddia

“Neftçi”nin futbolçusu qadına sataşdı: “Neyləyirsən o əri?” – İddia

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk dilinin bəlasına düşüb.

Sportinfo.az xəbər verir ki,gənc futbolçu şəxsi zəmində ciddi problemlə üzləşib.

Milliləşdirilən ukraynalı futbolçu Xətai rayonu ərazisində “Alyans” Yaşayış Kompleksində qalmaqala səbəb olub. İçkili halda yaşadığı binaya daxil olan Anton liftdə rastlaşdığı bir xanıma söz atıb. Sərxoş Krivotsyuk qadının liftə minməsinə mane olmağa çalışıb. Zərif cins nümayəndəsini onu kənara itələdikdə “Neftçi”nin üzvü onun saçına əl atıb. Krivotsyuk bütün etik normaları aşaraq qarşısındakı xanıma “neyləyirsən, o əri? Boşan ondan, gəl, mənimlə yaşa” deyib. Qadının qışqırığı bütün binanı ayağa qaldırıb. İnsanların toplaşmasını görən Anton hadisə yerindən qaçıb.

Qorxusundan bir neçə gecəni başqa yerdə keçirən futbolçu yalnız bir müddət sonra oraya dönüb. Bina sakinləri onun həmin qadından üzr istəməsini tələb edib və Anton bu tələbi yerinə yetirib.

Bununla belə, futbolçuya xəbərdarlıq edilib ki, əgər bir də belə hadisə yaşansa, canını üzr istəməklə qurtara bilməyəcək. Ondan hüquq-mühafizə orqanlarına şikayət olunacaq. 

Həmçinin oxuyun

Teymur Rəcəbov məğlub oldu – 30 min dollar əldən çıxdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Skilling open” turnirindəki çıxışını başa vurub. Belə ki, 1/4 final mərhələsinin …