Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Neftçi”nin azarkeşləri macarlarla dalaşdılar, onlar qisas vəd etdilər

“Neftçi”nin azarkeşləri macarlarla dalaşdılar, onlar qisas vəd etdilər

“Neftçi” və macar “Uypeşt”i arasında Avropa Liqasının 1-ci təsnifat mərhələsinin matçından əvvəl komandaların azarkeşləri arasında dava olub.

Virtualaz.org bildirir ki, sosial şəbəkələrdə hadisənin videosu yayılıb. İnsident  Mərdəkandakı restoranlardan birində, oyunun  keçirildiyi “Dalğa Arena” stadionu yaxınlığında baş verib.

“Neftçi”nin  Forza fanhərəkatının nümayəndələri stadiona qədər təntənəli yürüş təşkil ediblər. Yolda onlar restorandan çıxan macarlara rast gəliblər. Şifahi söz atışması davaya keçib.

Bildirilir ki, restoranda yeddi nəfər macar olub. “Neftçi” azarkeşləri, təbii, daha çox olublar. Əvvəlcə Azərbaycan azarkeşləri macarların üstünə kütlə halında atılıblar, ancaq sonra, videokadrlardan da görünür ki,  davada “Neftçi” azarkeşlərinin məhdud sayda üzvü iştirak edib. Hətta videonu youtube-da yerləşdirmiş azarkeşlərdən kimsə onun altında yazıb ki, münaqişə edənlərə məsələni təkbətək ayırd etmək imkanı veriblər. Buna cavab olaraq macar azarkeşləri təhqirlər yağdırmağa başlayiblar və Azərbaycan azarkeşlərinə Budapeştdə “ilıq” qəbul söz veriblər.

Xatırladaq ki, “Neftçi” “Uypeşt”i 3:1 hesabı ilə məğlub edib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …