Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / İdman / “Neftçi”dən növbəti transfer

“Neftçi”dən növbəti transfer

“Neftçi” heyətini mərkəz müdafiəçisi ilə gücləndirib.
Belə ki, portuqaliyalı Huqo Basto ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı futbolçu “Neftçi”də 4 nömrəli formanı geyinəcək.
Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.
“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

Həmçinin oxuyun

Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”in (Tailand) Asiya Çempionlar …