Ana səhifə / İdman / “Neftçi”dən Bolqarıstan millisinin futbolçusuna təklif

“Neftçi”dən Bolqarıstan millisinin futbolçusuna təklif

Bolqarıstan millisinin futbolçusu Martin Raynov “Neftçi”nin maraq dairəsinə düşüb.

“Report” “Topsport” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”dan təklif alıb.

Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya “Levski”sinə qayıtma ehtimalı da var.

Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oyun keçirib.

Həmçinin oxuyun

Zabit Səmədov “Quduz it”ə belə qalib gəldi – VİDEO

Azərbaycanın məşhur kikboksçusu və qarışıq döyüş növləri (MMA) ustası, “Mauqli” ləqəbli Zabit Səmədov iki illik …