Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / İdman / “Neftçi”də daha bir yoluxma: Bu gün növbəti test olacaq

“Neftçi”də daha bir yoluxma: Bu gün növbəti test olacaq

“Neftçi” klubunun qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub.

“Report” klub TV-sinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin test nəticəsi müsbət çıxıb. Ötən gün məşqə çıxa bilməyən qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.

Kollektiv bu gün növbəti dəfə koronavirus testindən keçəcək.

Daha əvvəl “Neftçi”nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə “Sabah”a qarşı keçirəcək.

Həmçinin oxuyun

“Mançester Yunayted“də Ronaldoya nə məşqçi, nə rəhbərlik hörmət edirdi“

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Mançester Yunayted”lə bağlı rezonans doğuran müsahibə verdiyi jurnalist Pirs Morqan məşhur …