Şənbə , Avqust 20 2022
Ana səhifə / İdman / “Neftçi” “Rapid”ə minimal hesabla qalib gəlib

“Neftçi” “Rapid”ə minimal hesabla qalib gəlib

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsində ilk görüşə çıxıb.

Laurentsiu Regekampfın yetirmələri Avstriya “Rapid”i ilə üz-üzə gəlib. “Ağ-qaralar” rəqibini “Bakcell Arena”da qəbul edib. Ötən həftə bu stadionda “Aris”i 3 cavabsız qolla darmadağın edən “Neftçi” bu dəfə də doğma azarkeşlərini qələbə ilə sevindirib.

Hər hissədə bir qol vuran paytaxt təmsilçisi yalnız son saniyələrdə qapısında qol görərək, 2:1 hesablı qələbə ilə kifayətlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
4 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) – 2:1
Qollar: Ataa Caber, 44, Kenni Sayef, 60 – Qvido Burqştaller, 90+5
“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 8.Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 23. Ataa Caber, 5.Kenni Sayef, 24.Yusuf Laval, 11.Qodsvey Donyo
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 2. Mert Çelik, 7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82.Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf

“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqştaller (k), 14. Aleksa Peyiç, 23. Yonas Auer, 27. Marko Qrüll, 41. Bernhard Zimmerman, 22. Martin Kostselnik, 19. Mixael Sollbauer, 28. Morits Osvold, 29. Ante Bayiç
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 20. Maksimilian Hofmann, 24. Patrik Qrayl, 34. Nikolas Sattlberger, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Querfeld, 77. Draqolyub Saviç, 7. Nikolas Gerrit-Kün, 13. Torsten Şik
Baş məşqçi: Ferdinand Feldhofer
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. “Bakcell Arena”

Həmçinin oxuyun

“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi…” – FOTO

Məlum olduğu kimi, Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər …