Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / “Neftçi” “Qəbələ”ni məğlub etdi

“Neftçi” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Qəbələ” “Neftçi”ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə Namiq Ələsgərov fərqi daha da artırıb. 3 dəqiqə sonra “Qəbələ”nin heyətində Yusif Nəbiyev fərqlənib. 90+3-cü dəqiqədə Prins İbara növbəti dəfə meydan sahiblərini məyus edib.

Bu, “Neftçi”nin yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyunu olub. Flaqman qələbə sayəsində xallarının sayını 17-ə yüksəldib və ikinci sıraya qalxıb. “Qəbələ” isə 8 xalla 7-ci pillədədir.

Qeyd edək ki, günün digər matçında “Zirə” “Keşlə”ni qəbul edəcək. İlk oyun günündə “Qarabağ” “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də “Sabah” – “Səbail” görüşü ilə yekun vurulacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …