Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / İdman / “Neftçi” “Qəbələ”ni, “Keşlə” “Sumqayıt”ı məğlub etdi

“Neftçi” “Qəbələ”ni, “Keşlə” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

Qəbələ şəhər stadionunda eyniadlı komanda “Neftçi”ni qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Ağ-qaralar” hər iki qolu birinci hissədə vurublar. 29-cu dəqiqədə Lukas Qomes, 45-ci dəqiqədə isə Namiq Ələsgərov fərqlənib. Meydan sahiblərindən isə 90+1-ci dəqiqədə Stiven Jozef-Monroz təsəlli qolunun müəllifi olub.

Onu da qeyd edək ki, “Qəbələ” oyuna bir sıra itkilərlə çıxıb. Zədə üzündən qapıçı Dmitri Bezotosnı, müdafiəçi Vitali Vernidub və hücumçu Baqali Dabo oynamayıb. “Neftçi”dən isə kapitan Ruslan Abışov cəzalı olduğu üçün forma geyinməyib.

Bu məğlubiyyət “Qəbələ”nin finala vəsiqə şanslarını xeyli azaldıb. Aprelin 18-də Bakıda keçiriləcək cavab görüşündə flaqmana hətta minimal hesablı məğlubiyyət də kifayət edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk oyununda “Keşlə” “İnter Arena”da “Sumqayıt”ı yenib – 1:0.

Report

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …