Şənbə , İyul 24 2021
Ana səhifə / İdman / “Neftçi” “Olimpiakos”a məğlub oldu

“Neftçi” “Olimpiakos”a məğlub oldu

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk matçında “Neftçi” “Olimpiakos”a məğlub olub.

Belə ki, Yunanıstan klubu doğma meydanda Madi Kamaranın birinci hissədə vurduğu qol sayəsində qələbə qazanıb.

Portuqaliyalı referi Joao Pinyeyrunun idarə etdiyi görüşdə hər iki komanda matçı 10 nəfərlə bitirib.

Belə ki, “Olimpiakos”un qolunun müəllifi Madi Kamara 44-cü dəqiqədə, “Neftçi”dən isə Mert Çelik 63-cü dəqiqədə meydandan qovulub.

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Malmö” (İsveç) – HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

21 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00.”Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) – 1:0

Qol: MadiKamara, 29

Qırmızı vərəqələr: Madi Kamara, 44 (“Olimpiakos”), Mert Çelik, 63 (“Neftçi”)

Baş hakim: Joao Pinyeyru (Portuqaliya)

Pirey, “Georgios Karaiskakis” stadionu.

Həmçinin oxuyun

“Olimpiakos”un futbolçusu hərəkətinə görə Namiq Ələsgərovdan üzr istədi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Yunanıstanda “Neftçi”nin futbolçusu Namiq Ələsgərovu ağır zədələyən …