Cümə , Oktyabr 7 2022
Ana səhifə / İdman / “Neftçi” futbolçusunun nömrəsinə görə 800 manat cərimələndi

“Neftçi” futbolçusunun nömrəsinə görə 800 manat cərimələndi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qurumun rəsmi saytı xəbər verir ki, Premyer Liqada yeni mövsümlə bağlı komitənin ilk iclasında iki klub, “Sabah”la “Neftçi” cərimələnib. “Sabah”ın 20 nömrəli futbolçusu Mikels Joy Lance qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” qarşılşamasında isə meydan sahiblərinin 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd ediləndən fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunub.

Həmçinin oxuyun

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

“Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiayasının prezidenti Rövnəq …