Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / “Neftçi” futbolçusunu Yunanıstan klubuna satdı

“Neftçi” futbolçusunu Yunanıstan klubuna satdı

“Neftçi” Mamadu Kaneni Yunanıstan klubu “Olimpiakos”a satıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.

Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. 
Futbolçu Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …