Ana səhifə / İdman / Nazir Balabəy Ağayevi təbrik etdi

Nazir Balabəy Ağayevi təbrik etdi

Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayevi təbrik edib.

Azinforum.az-ın məlumatına görə, nazir bu barədə feysbuk profilindəki paylaşımında bildirib.

Qayıbov 60 kq çəki dərəcəsində çempion olan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …