Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Naxçıvanın 100 illiyi münasibətilə şahmat üzrə yoldaşlıq görüşü keçiriləcək

Naxçıvanın 100 illiyi münasibətilə şahmat üzrə yoldaşlıq görüşü keçiriləcək

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş şahmat üzrə onlayn yoldaşlıq görüşü təşkil olunacaq.

Fevralın 25-i saat 20:30-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Sədərək Rayon Təhsil Şöbəsi, Balakən Uşaq Gənclər İdman Şahmat məktəbi, Türkiyənin İzmir Deha Satranc klubu, Gürcüstanın Marneuli şəhərindən “İnkişaf və Təhsil” Mərkəzi və Pakistanın “Mindsports” Assosiyasiyasının birgə təşkilatçılığı ilə 100 dəqiqəlik onlayn yoldaşlıq görüşü “lichess.org” vasitəsilə canlı təşkil olunacaq.

Görüşdə Azərbaycanın 6 şahmat məktəbi, Türkiyənin 10 şahmat mərkəzi və şahmat klubu, Gürcüstanın 1 şahmat mərkəzi və Pakistanın 1 şahmat mərkəzi olmaqla ümumilikdə 18 komandanın, 100 şahmatçının iştirakı nəzərdə tutulub.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …