Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Namik Ələskərov “Bursaspor”da daha bir qol vurdu – VİDEO

Namik Ələskərov “Bursaspor”da daha bir qol vurdu – VİDEO

Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Bursalıların 40-cı dəqiqədə vurduğu ikinci qolun müəllifi də məhz Ələskərov olub.

“Bursaspor” 15 turdan sonra 17 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

https://youtube.com/watch?v=Y0hQXus8Fg0

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …