Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / İdman / Mişel Platini: “Futbol əfsanəsindən şeytana çevrilmək çox ağırdır”

Mişel Platini: “Futbol əfsanəsindən şeytana çevrilmək çox ağırdır”

“Yeddi illik yalan və manipulyasiyadan sonra ədalətin, nəhayət, zəfər çalmasından şadam. İnanın mənə, dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır”.

Bunu UEFA-nın sabiq prezidenti Mişel Platini İsveçrə məhkəməsinin ona və FIFA-nın keçmiş rəhbəri Jozef Blatterə dələduzluq, yanlış idarəetmə və qiymətli kağızların saxtalaşdırılması ilə bağlı bəraət hökmü çıxarmasını şərh edərkən deyib.

Fransalı veteran futbolçu bildirib ki, onun mübarizəsi ədalətsizliyə qarşıdır: “İlk oyunda qalib gəldim. Eyni zamanda, bu məhkəməyə gəlməyən cinayətkarlar da var. Qoy onlar mənə güvənsinlər, biz yenidən görüşəcəyik. Çünki mən təslim olmayacağam və həqiqətin arxasınca sona qədər gedəcəyəm”.

Həmçinin oxuyun

“O taylı – bu taylı Azərbaycan” – DÇ-da Azərbaycan bayrağı asıldı

Qətərdə keçirilən dünya çempionatında stadionların birində Azərbaycan bayrağı asılıb. Belə ki, zz sonra ABŞ – …