Ana səhifə / İdman / “Mirhüseynlə Nizami üçün çox ağır qərar oldu” – Cavid Hüseynov

“Mirhüseynlə Nizami üçün çox ağır qərar oldu” – Cavid Hüseynov

Bu gün Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Qəbələ” “Keşlə”ni qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, 3-0 qələbə qazanan “Qəbələ”nin futbolçusu Cavid Hüseynov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Hər oyun bizim üçün çətindir. Hər oyunda bizə qələbə lazımdır ki, itirdiyimiz xallar üçün peşman olmayaq. Çox sevinirik ki, layiqli qələbə qazandıq.

– Sanki bu gün “Qəbələ” öz gücünü tam göstərə bilmədi. Kənardan elə görünürdü ki, sanki sadəcə məşq edirsiniz. 

– Kənardan elə görsənə bilər. Lakin qəliz oyun idi bizim üçün. Çünki müdafiə güclü idi, çox yara bilmirdik müdafiəni. Ona görə də yaranan fürsləri dəyərləndirməyə çalışırdıq.

-Birinci dövrədə “Qəbələ”nin əldə etdiyi nəticədən razısanmı?

– Yox. Orda bəzi xallar var idi ki, onlar itirməməliydik, amma itirdik. Bundan razı olmamalıyıq.

– Növbəti oyun Azərbaycan kuboku uğrunda “Səbail”lə olacaq. Nə düşünürsən oyun barədə? Yenə asan qələbə qazana biləcəksiniz?

– Yox, Azərbaycan kuboku başqadı, Çempionat başqa. Hamsının öz yeri var. İlk oyun evdə olacaq və biz əlimizdən gələni edəcəyik.

– Mirhüseyn Seyidov və Nizami Hacıyev haqqında verilən qərar barədə nə deyə bilərsən? 

– Bu haqda çox məlumatım yoxdu. Sadəcə mətbuatdan izləyirəm. Ona görə danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, onlar üçün çox ağır qərar oldu.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …