Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Millinin bugünkü Malta sınağı: qələbə lazımdır…

Millinin bugünkü Malta sınağı: qələbə lazımdır…

Bu gün Millətlər Liqasında Azərbaycan milli komandası Malta ilə qarşılacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

***

Millətlər Liqasının təqvimi çox sıxdı, UEFA bu yol məsafəsini, matçlararası müddəti yəqin ki, bu qədər sıxa bilib. Çünki milli çempionatlarda hər dəfə ara vermək mümkün olmur.

Bu səbəbdən də ötən həftə “Liverpul” baş məşqçisinin oyunçuların tez-tez milliyə çağrılmasına hirslənərək “Millətlər Liqası çox mənasız turnirdi” demişdi…

Похожее изображение

***

Azərbaycan millisi Farer adaları ilə oyunda ilk qələbəsini qazanaraq xallarının sayını 5 çatdırıb. Bu qələbə olmasaydı, milli komanda Millətlər Liqasında qrup birinciliyi ümidini yalnız Kosovonun bütün oyunları uduzmasına bağlamalı idi. İndi isə bu qrupda birincilik uğrunda mübarizənin əminliklə bu iki komanda arasında gedəcəyi dəqiqləşdi. Kosovo ilə burdakı ilk oyunda xal itkimiz olmasaydı, indi qrup lideri də ola bilərdik. İndi biz təkcə özümüzü yox, həm də kosovoları da diqqətlə izləməli, onların bu gün Farer adaları ilə matçda xal itirməsini arzulamalıyıq. Maltaya qalib gələcəyimiz, Kosovonun uduzacağı halda isə hətta qrup lideri də ola bilərik. Amma bunlar hələ ki, bizim arzularımız ola bilər…

***

Milli komandanın ilk qələbəsinə qətiyyən kölgə salmadan demək lazımdır ki, Farer adaları ilə qarşılaşma çox çətin oldu. Yolun uzunluğu, hava, süni ot örtüyü və sair kimi problemlər öz yerində, komandamız Farerlə oyunda nəinki 3:0 qalib gələ, hətta uduza da bilərdi. Bəxtimizdən bu komandanın orta xətt və cinah müdafiəsi zəif oldu və bizim hücumlar bəhrə verdi.

Farerin baş məşqçisinin oyundan sonra “biz Azərbaycandan yaxşı oyndıq” deməsi hesaba nəzərən, əlbəttə ciddiyə alınmaya bilər. Amma

Olsen kimi təcrübəli bir baş məşqçi bu qədər də qərəzli ola bilməzdi. Farer doğurdan da hücumda bizdən çox yaxşı oynadı. Qol vəziyyətlərində ya bəxtmiz gətirdi, ya da son anda Qara Qarayev üzümüzü ağ etdi. Bir də bizimkilərin təcrübəsi öz sözünü dedi. Farer isə hətta 3:0 hesabında da dinc dayanmadı, qapımızı narahat etdilər.

Картинки по запросу farer  azərbaycan

***

Hər üç qolu Azərbaycanın legionerləri vurduğundan onlara toxunmayaq deyərdim, hətta tərifləyək də. “Amması” olmasaydı…

Deyim ki, Rüfət Dadaşovun oyununu unutmaq istədiyim “layk” məsələsinə görə xüsusi izlədim. Həm fərdi mübarizədə, həm digər oyunçuları topla təmin etməkdə çox fəal oynadı. Qurban Qurbanovun seleksiyaçılarının Dadaşovu milliyə dəvət etməsi yerində verilmiş qərardır. Baş məşqçi onun hələ ideal formada olmadığı deyib. Bu o deməkdir ki, Dadaşov hələ daha da yaxşı oyun sərgiləyə bilər ki, bu da milli komandanın xeyrinə olacaq.

Almeyda oyunun qəhrəmanı deyildi, 2 top vursa da, elə o iki topa əvəz olacaq səhvlər buraxdı. Xüsusilə onun hakimlə mübahisələri yersiz idi, hətta bir ara mənə elə gəldi ki, o, qrupdakı qalan oyunlara gəlməmək üçün özünə qırnızı kart “qazanmaq” istəyir. Məni qınamayın, adam sarı kart cəzalısı olandan sonra da riskli hərəkətlərindən, mübahisələrdən əl çəkmirsə, əsəbi tarıma çəkilən azarkeş belə də düşünə bilir. Amma hər şey komandamız üçün yaxşı sonluqla bitdi.

Похожее изображение

***

Qurban Qurbanov bugünkü qarşılaşma haqda danışarkən deyib ki,Malta asan rəqib deyil və buna sübut kimi komandanın hər oyunda qol vurmasını misal çəkib. Malta qrupda bütün şanslarını itirib, bu oyun onlar üçün o qədərdə əhəmiyyətli deyil. Amma unutmayaq ki, elə bu cür komandalar şanslı rəqibə problem yarada bilirlər.

Azərbaycan Malta ilə səfər oyununda pis oynamadı, qapımızdan erkən qol(penaltidən) buraxmasaydıq, nəticə fərqli də ola bilərdi.

***

Axşama hava şəraitinin necə olacağını Allah bilər. Oyunun proqnozuna gəlincə, ümid edək ki, miıli komanda xallarının sayını artıracaq. Başqa variant varmı?

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …