Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Millimizin üzvünə 150 min manat “atdılar”

Millimizin üzvünə 150 min manat “atdılar”

Azərbaycan milli komandasının və “Səbail” klubunun üzvü Rahid Əmirquliyev tikinti dələduzlarının onu aldatmasına münasibət bildirib. 

“Qafqazinfo”ya açıqlama verən təcrübəli yarımmüdafiəçi hadisəni təsdiqləyib. O, həmçinin bildirib ki, artıq məhkəmə sona yaxınlaşır, məsələ yaxın günlərdə həllini tapacaq: “Belə bir şey olub. Amma 8 ay öncə baş verib. Məhkəmə davam edirdi. Artıq iş sona yaxınlaşır. Demək olar ki, öz həllini tapacaq”.

Qeyd edək ki, Rahid Əmirquliyev bir evi bir neçə nəfərə satan şəxslərin qurbanı olub. “Bakı” MTK-nın vəzifəli şəxsləri Çingiz Bağırov və Eynur Xudiyev ona satdıqları evi başqa bir neçə nəfərə də satıblar.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …