Bazar , Sentyabr 20 2020
Ana səhifə / İdman / Millimizin qapıçısının durumuna aydınlıq gəldi

Millimizin qapıçısının durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının II turunda “Neftçi” ilə matçda xəsarət alan “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun zədəsi elə də ciddi deyil. 


Belə ki, 28 yaşlı qolkiper paytaxt təmsilçisi ilə görüşdə əzələsini dartıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu sentyabrın 13-də tibbi müayinədən keçəcək. 


Qeyd edək ki, “Sumqayıt” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Mehdi Cənnətov birinci hissənin sonunda əvəzlənib və onun yerinə meydana Aydın Bayramov daxil olub.(report.az)

Həmçinin oxuyun

Mixael Şumaxerin son durumu açıqlandı –”Nəfəs alır, ürəyi döyünür”

İsveçrəli neyroxirurq Erik Riderer “Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə …