Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Millimizin futbolçusu ABŞ Liqasında 7-ci qolunu vurdu

Millimizin futbolçusu ABŞ Liqasında 7-ci qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov “Finiks “Rayzinq” klubunun heyətində ABŞ Milli Liqasında (USL) 7-ci qolunu vurub.

“Report”un məlumatına görə, 29 yaşlı hücumçu bu dəfə “Reno” ilə səfər matçında fərqlənib. Meydana 64-cü dəqiqədə daxil olan Dadaşov bundan 13 dəqiqə sonra komandasının yeganə qolunu vurub. Görüş isə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Məğlubiyyətə rəğmən, “Finiks Rayzinq” 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. “Reno” isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …