Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Millimizin baş məşqçisi kim olacaq?

Millimizin baş məşqçisi kim olacaq?

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisinin kim olacağı maraqla gözlənilir.

Bu məsələ AFFA İcraiyyə Komitəsindən müzakirə olunsa da, hələlik qərar qəbul edilməyib.

Lakin yığmanın baş məşqçi postuna namizəd olan mütəxəssislərdən bir neçəsinin adı müəyyən olub.

Belə ki, İTV telekanalı assosiasiyanın yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi postuna namizəd olan bir sıra mütəxəssislərin adını lentə ala bilib.

Bunlar arasında Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici Di Byanko, Çezare Prandelli kimi məşhur simalar var.

Qeyd edək ki, Branko İvankoviç Oman millisi ilə razılıq əldə edib. /Qafqazinfo

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …