Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Millimiz ruslara penaltilərdə uduzdu – VİDEO

Millimiz ruslara penaltilərdə uduzdu – VİDEO

Portuqaliyanın Nazare şəhərində Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Rusiya millisi ilə qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. 

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nəzərov vurub.

Millimizdən penaltini Rüfət Məmmədov vura bilməyib.

Qeyd edək ki, komandamız turnir çərçivəsində növbəti oyununu bu gün daha güclü komanda olan İspaniyaya qarşı keçirəcək.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …