Cümə axşamı , İyul 29 2021
Ana səhifə / İdman / Millimiz Portuqaliyaya məğlub oldu

Millimiz Portuqaliyaya məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

Belə ki, yığmamız 1/4 final mərhələsi çərçivəsində Portuqaliya seçməsi ilə qarşılaşıb.

Portuqaliyanın Nazare şəhərində keçirilən oyun azərbaycanlı futbolçular üçün uğurlu alınmayıb. Belə ki, millimiz bu görüşdən 1:6 hesablı məğlubiyyətlə ayrılıb. Komandamızın yeganə qolunu Sabir Allahquliyev vurub.

Xatırladaq ki, Azərbaycan millisi əvvəlki oyunlarında Fransaya 2:0, Estoniyaya 4:3 hesabıyla qalib gəlib, İsveçrəyə 5:8 hesabıyla məğlub olmuşdu.

Azərbaycan millisi sabah 5-8-ci yerlər uğrunda mübarizə çərçivəsində İsveçrə yığmasıyla qarşılaşacaq. Bu komanda 1/4 finalda Ukraynaya 5:6 hesabıyla uduzub.

Həmçinin oxuyun

Çempionlar Liqası: “Qalatasaray” yenə uduzub

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqası ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi qitənin ən …