Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Millimiz bu gün Slovakiyanı qəbul edəcək

Millimiz bu gün Slovakiyanı qəbul edəcək

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. 

Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.

“Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.

Millimiz indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığmamız yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

20:00. Azərbaycan – Slovakiya

Baş hakim: Donatas Rumsas (Litva)

Bakı. “Dalğa Arena” 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …