Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İdman / Millimiz böyük hesabla uduzdu

Millimiz böyük hesabla uduzdu

Azərbaycan millisi növbəti oyununu keçirib.

AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxıb.

Üç gün əvvəl Avstriyada 1:4 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri bu dəfə İsveçin qonağı olub. Görüşdə hesab ilk yarının sonlarında açılıb. Emil Forsberq meydan sahiblərini sevindirib.

İkinci hissədə skandinaviyalılar daha amansız olub. İsveç yığması 45 dəqiqəyə daha 4 qol vuraraq 5:0 hesabı ilə qalib gəlib. Öncə Bəhlul Mustafazadə avtoqola üzülüb, ardınca Viktor Gyekereş müdafiədəki səhvlərdən yararlanıb. Meydana sonradan daxil olan Yesper Karlsen və Anthoni Elanqa isə son dəqiqələrdə qol sevinci yaşayıb. Beləliklə, millimiz seçmə mərhələnin startında ardıcıl ikinci dəfə böyük hesabla uduzub – 0:5.

Qeyd edək ki, F qrupunun digər matçında Avstriya Estoniyanı qəbul edib. Meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.

AVRO-2024-ün seçmə mərhələsi

F qrupu

27 mart

22:45. İsveç – Azərbaycan – 5:0

Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (avtoqo), Viktor Gyekereş, 79, Yesper Karlsson, 88, Anthoni Elanqa, 89

Baş hakim: Stefani Frappar (Fransa)

İsveç: 1. Robin Olsen, 2. Linus Volqvist, 3. Viktor Nilsson Lindelöf (K), 5. Hyalmar Ekdal, 6. Qabriel Qudmundsson, 9. Aleksander İsak, 10. Emil Forsberq, 17. Viktor Gyekereş, 18. Samuel Qustafson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski

Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 4. İsak Hein, 7. Viktor Klaesson, 8. Yesper Karlsson, 11. Anthoni Elanqa, 13. Ken Sema, 14. Edvin Kurtuluş, 15. Karl Starferlt, 16. Yesper Karlström, 20. Kristoffer Olsson, 22. Robin Quayson

Baş məşqçi: Yanne Andersson

Azərbaycan: 1. Emil Balayev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (K), 9. Renat Dadaşov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Solna. “Friends Arena”

Həmçinin oxuyun

Qurban Qurbanov Şeydayevi bağrına basdı, kövrəldi – Video

Xəbər verdiyimiz kimi, müqaviləsi başa çatan Ramil Şeydayev “Qarabağ”dan ayrılıb. Ötən gün mükafatlandırma mərasimində Şeydayev …