Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Millimiz Avropa çempionatının səkkizdəbir finalında

Millimiz Avropa çempionatının səkkizdəbir finalında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

C qrupunda mübarizə aparan millimiz beşinci turda Rumıniya yığması ilə qarşılaşıb. Görüş millimizin 3:0 (25:15, 25:14, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb. 

Millimiz ötən turlarda Xorvatiyanı 3:2, Macarıstanı 3:0, Estoniyanı 3:2 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub – 0:3. 
Hesabında 12 xal olan Hollandiya qrupda birinci pillədə yer alıb. 

Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Xorvatiya 10 xalla üçüncü, Rumıniya 6 xalla dördüncü, Macarıstan isə 3 xalla beşincidir. Estoniya millisi isə 1 xalla qrupda sonuncu yerdədir. C qrupunun oyunları Budapeştdə təşkil olunub. 

Qeyd edək ki, millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan komanda ilə qarşılaşacaq. 

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …