Cümə , Sentyabr 25 2020
Ana səhifə / İdman / Millimiz Avropa çempionatının səkkizdəbir finalında

Millimiz Avropa çempionatının səkkizdəbir finalında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

C qrupunda mübarizə aparan millimiz beşinci turda Rumıniya yığması ilə qarşılaşıb. Görüş millimizin 3:0 (25:15, 25:14, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb. 

Millimiz ötən turlarda Xorvatiyanı 3:2, Macarıstanı 3:0, Estoniyanı 3:2 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub – 0:3. 
Hesabında 12 xal olan Hollandiya qrupda birinci pillədə yer alıb. 

Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Xorvatiya 10 xalla üçüncü, Rumıniya 6 xalla dördüncü, Macarıstan isə 3 xalla beşincidir. Estoniya millisi isə 1 xalla qrupda sonuncu yerdədir. C qrupunun oyunları Budapeştdə təşkil olunub. 

Qeyd edək ki, millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan komanda ilə qarşılaşacaq. 

Həmçinin oxuyun

İdman zalları açıla bilər — VİDEO

Koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət beynəlxalq yarışlara hazırlaşan idmançılara ciddi təsir edir. Çünki bəzi …