Cümə , Aprel 12 2024
Ana səhifə / İdman / Millimiz Avropa çempionatında qələbə qazanıb

Millimiz Avropa çempionatında qələbə qazanıb

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib.

Yığma moldovalı həmyaşıdları ilə üz-üzə gəlib.

Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb – 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.

Xatırladaq ki, Azərbaycan millisi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.

Həmçinin oxuyun

İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. Millimizin iki …