Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Millimizə daha bir gürcüstanlı legioner cəlb olunub – VİDEO

Millimizə daha bir gürcüstanlı legioner cəlb olunub – VİDEO

Azərbaycan Cüdo Federasiyası daha bir legioneri milliləşdirib.

Mayın 10-da Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək.

Üç gün davam edəcək nüfuzlu yarışda dünyanın 57 ölkəsindən 449 (266 kişi və 183 qadın) cüdoçu mübarizə aparacaq. Azərbaycan millisi bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunacaq. Qadınların yarışında Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (hamısı -48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (hər üçü -52 kq), Səkinə Zairova, İçinxorlu Munxtsedev, Larisa Florian (hər üçü -57 kq), Nuriyyə Axundova, Diana Şaronova (hər ikisi -63 kq), Günel Həsənli, Aidə Baxışova (hər ikisi -70 kq) və İrina Kindzerskaya (+78 kq) olacaq.

Kişilərin mübarizəsində isə Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov (hamısı -60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev, İsmayıl İbrahimov, İlkin Babazadə (hamısı -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Rüfət Məmmədov, Telman Vəliyev (hamısı -73 kq), Murad Fətiyev, Araş Ağayi, Afiq Səfərli, Hasil Cəfərov (hamısı -81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əliömər Tumayev, Əbdülhəqq Rəsullu (hamısı -90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, Leso Kvirikaşvili (hamısı -100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov və İmran Yusifov (hamısı +100 kq) ölkəmizin şərəfini qoruyacaq. 

İlkin sifariş ərizəsinə 51 cüdoçunun adı daxil edilsə də, göründüyü kimi sonradan siyahıda dəyişiklik və əlavələr edilib. +100 kq-da gürcüstanlı legionerimiz Uşanqi Kokauri bu yarışda mübarizə aparmayacaq. Amma millidə başqa gürcü olacaq.

Bunlardan Leso Kvirikaşvili yeni legionerimizdir. O, Uşanqi Kokauridən sonra millidə ikinci gürcüstanlı cüdoçudur. 22 yaşlı cüdoçu Gürcüstan çempionatında yeniyetmələr arasında gümüş və gənclər arasında bürünc medalın sahibidir.

Kvirikaşvili 2013-cü ildə Niderlandın Utrext şəhərində keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. O həmçinin üç il əvvəl Yunanıstanın paytaxtı Afinada keçirilmiş gənclərin Avropa çempionatının gümüş mükafatçısıdır.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq beynəlxalq yarışın təntənəli açılış mərasimi mayın 10-da saat 16:00-da keçiriləcək. oxu.az

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …