Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Messinin şərəfinə tematik park salacaqlar- Çində

Messinin şərəfinə tematik park salacaqlar- Çində

2020-ci ildə Çinin Nankin şəhərində dünyanın ən güclü futbolçularından birinin – Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messinin şərəfinə tematik park açılacaq.

Azərtac “vistanews.ru”ya istinadla xəbər verir ki, parkın sahəsi təxminən 80 min kvadratmetr təşkil edəcək. Tikintinin dəyəri 170 milyon avro qiymətləndirilir. Tematik parkı hər il 4-5 milyon turistin ziyarət edəcəyi gözlənilir. Parka giriş biletinin qiyməti 40 dollar olacaq.

Qeyd edək ki, əvvəllər Nankində Messinin şərəfinə muzey açmaq planlaşdırılırdı.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …