Çərşənbə , Mart 3 2021
Ana səhifə / İdman / Messi və “Barselona” arasında növbəti gərginlik – Klub bəyanat yaydı

Messi və “Barselona” arasında növbəti gərginlik – Klub bəyanat yaydı

“Barselona” klubunun futbolçusu Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.
Qaynarinfo “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, bu, argentinalı hücumçunun əmək haqqına dair “El Mundo Deportivo”da dərc olunmuş informasiya ilə əlaqədardır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanmalı imiş.
Bu informasiyanın mətbuata sızması “Barselona”nın kapitanını xeyli qəzəbləndirib. Klubun özü isə açıqlama yayaraq, müqavilənin KİV-də dərc olunmasından təəssüfləndiyini bildirib. Konfidensial sənədin dərcinə görə heç bir məsuliyyət daşımadığını bəyan edən Kataloniya təmsilçisinin rəhbərliyi dəyə biləcək zərərlə bağlı “El Mundo Deportivo”ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.
“Barselona” Messiyə tam dəstək verib və onun imicini, dünyanın ən yaxşı futbolçusu kimi yetişdiyi klubla münasibətlərini zədələmək cəhdlərinə qarşı çıxıb.

Həmçinin oxuyun

Azərbaycanın daha bir şahmatçısı Çempionlar Turunda iştirak edəcək

“Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam”. Bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar …