Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İdman / Messi Ronaldonun rekordunu qırdı

Messi Ronaldonun rekordunu qırdı

“PSJ”nin argentinalı hücumçusu Lionel Messi klub səviyyəsində Avropada ən çox qol vuran Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldonun rekordunu yeniləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Messi Fransa çempionatının 30-cu turunda “Nitsa” ilə oyunda qol vuraraq buna nail olub.

Bu qol Messi üçün Avropa klubunda çıxış edərkən vurduğu 702-ci qol olub. Hücumçu “Barselona”nın heyətində 672, “PSJ”də isə 30 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldonun isə 701 qolu var (“Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Sportinq”də 5).

Həmçinin oxuyun

Qurban Qurbanov Şeydayevi bağrına basdı, kövrəldi – Video

Xəbər verdiyimiz kimi, müqaviləsi başa çatan Ramil Şeydayev “Qarabağ”dan ayrılıb. Ötən gün mükafatlandırma mərasimində Şeydayev …