Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Messi, Neymar və Ronaldo başqa dünyanın futbolçularıdır”

“Messi, Neymar və Ronaldo başqa dünyanın futbolçularıdır”

Braziliya millisinin yarımmüdafiəçisi Kasemiro dünya çempionatında çıxış edən ulduz futbolçulardan danışım.
O, Neymar, Messi və Ronaldonu başqa dünyanın oyunçuları adlandırıb:
“Futbolda həmişə öz sözünü demiş oyunçular olub. Hər komandada bir ulduz olmalıdır. Bizim komandada bu Neymardır. Unutmayaq ki, başqa yaxşı oyunçularımız da olub. Əvvəllər, Ronaldo, Romario var idi. Amma vacib olan komandadır. Neymar və Kriştianu Ronaldo. Hər ikisi matçın nəticəsinə təsir edəcək müstəsna futbolçulardır.  Messi, Neymar və Ronaldo başqa dünyanın futbolçularıdır.  Onlardan birinin bizim komandada olması yaxşıdır”.(Qafqazinfo)

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …