Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Messi Maradonaya çatdı, Quardado rekordçulara şərik oldu

Messi Maradonaya çatdı, Quardado rekordçulara şərik oldu

Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.
36 yaşlı yarımmüdafiəçi bu nəticəyə Qətərdə keçirilən mundialda Argentinaya qarşı oynamaqla imza atıb.
Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffon (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.

Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.
Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.
Qeyd edək ki, Argentina – Meksika oyununda ilk hissə oynanılır və hesab açılmayıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …