Cümə , Noyabr 27 2020
Ana səhifə / İdman / “Messi kimi məşhur ola bilərdim, şərab imkan vermədi…” – ETİRAF

“Messi kimi məşhur ola bilərdim, şərab imkan vermədi…” – ETİRAF

Futbol üzrə Hollandiya yığma komandasının və “Qalatasaray”ın keçmiş ulduzu Snayder maraqlı açıqlamalar verib.

Yenisabah.az xəbər verir ki, məşhur futbolçu özünü Ronaldo və Messi kimi futbol ulduzları ilə müqayisə edib. Əfsanəvi hücumçu deyib ki, onun da Messi və Ronaldo kimi futbolda sonsuz uğurlar qazanmaq imkanı olub.

Vaxtilə “Real Madrid” və “İnter”in formasını geyinən 35 yaşlı yarımmüdafiəçi maraqlı etirafda bulunub: “Bu səviyyəyə çatana kimi həm Messi, həm də Ronaldo çox əziyyət çəkiblər. Onlar sözün həqiqi mənasında fədakarlıq ediblər. Amma mən onlar qədər fədakar olmadım, həyatdan zövq aldım, axşamlar bir qədəh şərabdan imtina etmədim. Bəlkə də həmin o bir qədəh şərab mənim Messi olmağıma imkan vermədi”.

Həmçinin oxuyun

İqor Ponomaryov: “Maradonaya qarşı iki dəfə oynamışam” FOTO

“Əfsanəvi futbolçu Dieqo Maradona həyatdan getdi. Yəqin, hamı bütün dünyanın, xüsusilə də Argentinanın onunla necə …