Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İdman / Messi karyerasını harada davam etdirəcəyi ilə bağlı sualı cavablandırıb

Messi karyerasını harada davam etdirəcəyi ilə bağlı sualı cavablandırıb

İspaniyanın “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi karyerası ilə bağlı gələcək planlarından danışıb.

“Report” xəbər verir ki, “La Sexta” nəşrinə müsahibə verən 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını bildirib.

Messi deyib ki, mövsümün sonuna qədər heç nə aydın deyil: “Gəlin görən bundan sonra nə olacaq. “Barselona”dan ayrılıb-ayrılmayacağımı bilmirəm. Bu barədə mövsümün sonunda danışacağıq. Ancaq karyeramı bitirdikdən sonra klubda qalacağıma ümid edirəm”.

Ulduz futbolçu “Real Madrid” və “Atletiko”da çıxış etməyin mümkünsüz olduğunu sözlərinə əlavə edib: “Nə vaxtsa ABŞ çempionatında oynamaq istəyirəm. Bu, mənim arzumdur. Ancaq gerçəkləşəcəyini bilmirəm”.

Qeyd edək ki, Lionel Messi yayda “Barselona”nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …