Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / Messi karyerasını davam etdirəcəyi komandanı müəyyənləşdirdi

Messi karyerasını davam etdirəcəyi komandanı müəyyənləşdirdi

“Barselona”nın hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında (Premyer Liqa) davam etdirə bilər.
Qaynarinfo məlumat verir ki, jurnalist Marselo Bexlerin Tvitterdəki xəbərinə görə, 33 yaşlı hücumçu “Barsa”nın sabiq məşqçisi Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”yə keçmək qərarına gəlib.
Bir gün əvvəl məlum olub ki, argentinalı hücumçu “Barselona”dan müqaviləsini birtərəfli qaydada ləğv etməsini tələb edib. Kataloniya klubu futbolçunu 700 milyon avrodan az pula azad etmək niyyətində deyil. Bundan əvvəl Messinin Qvardiola ilə “Mançester Siti”yə keçidinin mümkün olduğunu müzakirə etdiyi bildirilmişdi.  

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …