Cümə , Avqust 19 2022
Ana səhifə / İdman / Messi Bekhemin klubu ilə müqavilə imzalaya bilər

Messi Bekhemin klubu ilə müqavilə imzalaya bilər

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi karyerasını ABŞ-da davam etdirə bilər.

Belə ki, 35 yaşlı hücumçu 2023-cü ildə “İnter Mayami” ilə müqavilə imzalayacaq.

Daha əvvəl argentinalı forvardın Mayamidə daşınmaz əmlak aldığı bəlli olub. “İnter Mayami” İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya “Barselona”sından PSJ-yə keçib. Paris təmsilçisi ötən gün hücumçunun koronavirusa yoluxduğunu açıqlayıb. Cebhe.info

Həmçinin oxuyun

“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi…” – FOTO

Məlum olduğu kimi, Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər …