Şənbə , Sentyabr 18 2021
Ana səhifə / İdman / Messi Bekhemin klubu ilə danışıqlar aparır

Messi Bekhemin klubu ilə danışıqlar aparır

Fransa PSJ-sinin futbolçusu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubu ilə danışıqlar aparır.

“Report”un “Mirror” nəşrinə istinadən məlumatına görə, Devid Bekhem argentinalı hücumçunun karyerasını bitirməmişdən əvvəl özünün komandasında oynamasını istəyir. Bu məqsədlə Bekhem Messi ilə danışıb. 34 yaşlı forvardın bu yaxınlarda Mayamidə bir neçə ev aldığı bildirilir.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən İspaniyanın “Barselona” komandasında oynayıb. Onun bu ilin iyununda başa çatan sözləşməsi uzadılmayıb. Avqustun 10-da Messi PSJ ilə sonradan daha bir mövsüm uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlayıb.

Həmçinin oxuyun

Cavid yeni klubu və keçmişi haqda danışdı: “Elə münasibət göstərdilər, sanki uşağam”

Azərbaycanın tanınmış futbolçularından olan Cavid Hüseynov yeni futbol klubu yaradıb. Millimizin sabiq üzvü “Cəbrayıl” Futbol …