Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Messi “Barselona”ya qələbə qazandırdı

Messi “Barselona”ya qələbə qazandırdı

Fevralın 24-də İspaniya La Liqasının birinci turunun təxirə salınmış “Barselona” – “Elçe” matçı keçirilib.

Qarşılaşma Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolların ikisini Lionel Messi (48, 68), birini isə Jordi Alba (73) rəqib qapısından keçirib.

Bu nəticə ilə xallarını 50-yə çatdıran “Barselona” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Elçe” isə 19-cu pillədə qalıb.

Qeyd edək ki, “Elçe” sonuncu dəfə 1978-ci ildə “Barselona”ya qarşı qol vurmağı bacarıb.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …