Ana səhifə / İdman / Mbappe dünyanın ən çox maaş alan futbolçusu oldu

Mbappe dünyanın ən çox maaş alan futbolçusu oldu

Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzadan Kilian Mbappe dünyanın ən çox maaş alan futbolçusu olub.

Bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün tviterdəki səhifəsində bildirib.

Yeni sözləşməyə əsasən, 24 yaşlı hücumçunun məvacibi 93 milyon avro təşkil edəcək. Ən çox maaş alan oyunçuların siyahısında Mbappenin komanda yoldaşları Lionel Messi (35 milyon avro) və Neymar (30 milyon avro) ilk “3-lüy”ü qapayır.

Qeyd edək ki, Kilian Mbappenin yeni müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. O, 2021/2022 mövsümündə Fransa Liqa-1-də 34 oyuna çıxıb, 28 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …