Ana səhifə / İdman / “Marsel” – “Qarabağ” oyunu neytral ölkədə keçirilə bilər

“Marsel” – “Qarabağ” oyunu neytral ölkədə keçirilə bilər

“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər.

L Equipe” nəşri xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

İddiaya görə, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

“Səfər oyunumuzun neytral ölkədə keçirilməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Fransada “Marsel”ə qarşı keçirməli olduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun başqa ölkəyə salına biləcəyi ilə bağlı iddialar barədə danışarkən deyib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …