Ana səhifə / İdman / Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Dünən yarışda qadın güləşçilər mübarizə aparırlar.

50 kq çəki dərəcəsində yer alan Azərbaycan güləşçisi Mariya Stadnik finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik 10-cu dəfə Avropa çempionu olub.

Bu gün Azərbaycan millisinin digər üzvü Alyona Kolesnik (59 kq) də final görüşünə çıxacaq. O, Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaq.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …