Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İdman / “Maraqlı qolları qaçıran da bizik, əcaib qollar buraxan da” – Terim

“Maraqlı qolları qaçıran da bizik, əcaib qollar buraxan da” – Terim

“İlk hissədə Çempionlar Liqasına uyğun oynadıq. Çempionlar Liqasında ən azı belə oynanılır. 3-4 oyuna baxdığım zaman bu qədər maraqlı qolları qaçıran da bizik, əcaib qollar buraxan da. Rəqibə təzyiq edib yaxşı ötürmələr verdik, ancaq ilk hissədə bir neçə epizodu dəyərləndirə bilmədik. İkinci hissədə qoldan sonra oyundan qopduq. “Şalke”ni təbrik edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə “Şalke”yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bizi burada İstanbulda “Ali Sami Yen”dəki kimi dəstəkləyən azarkeşlərə görə üzülürəm. İkinci hissədə hesabı dəyişdirə biləcək bir oyun oynamadıq. Futbolda hər şey ola bilər. Avroliqada mübarizəni davam etdirmək üçün “Lokomotiv”ə uduzmamağımz kafidir. Xəyallarımız, istəklərimiz hər zaman davam edəcək. UEFA-nın bizə verib və ya verməyəcəyi cəza ilə birlikdə daha yaxşı işlər görə biləcəyik”.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …