Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Maradonanın oğlu Kvaratsxeliyadan danışıb

Maradonanın oğlu Kvaratsxeliyadan danışıb

“Napoli”nin əfsanəvi hücumçusu Dieqo Maradonanın oğlu gürcü futbolçu Xviça Kvaratsxeliyanın İtaliya klubundakı oyununu dəyərləndirib.

Oxu.az xəbər verir ki, “Xviça güclü oyunçudur. O, yüksək oyun keyfiyyətinə, şəxsiyyətə və gələcək inkişaf üçün imkanlara malikdir. Əminəm ki, o, daha da yaxşı oynayacaq. Atam bu kollektivlə fəxr edər, sinəsini qabağa verib yeriyərdi. Buna heç bir şübhəm yoxdur. Mən onun “Napoli”ni göydən izləyərək həzz aldığını düşünürəm”, – deyə kiçik Dieqo Armando Maradona bildirib.

Qeyd edək ki, Kvaratsxeliya bu ilin iyulunda “Dinamo”dan (Batumi) “Napoli”yə keçib.

Xatırladaq ki, Xviça Kvaratsxeliyaya “Şəmkir” klubunun heyətində göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş Badri Kvaratsxeliyanın oğludur. Ata Kvaratsxeliya futbol üzrə Azərbaycan millisində də çıxış edib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …