Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / “Mançester Yunayted” “Atalanta”nın futbolçusunu transfer etdi

“Mançester Yunayted” “Atalanta”nın futbolçusunu transfer etdi

İngiltərənin “Mançester Yunayted” klubu İtaliya “Atalanta”sının futbolçusu Amad Diallonu heyətinə qatıb.

“Report”un məlumatına görə, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ule-Qunnar Şulşer Premyer Liqanın 17-ci turunda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında bildirib.

47 yaşlı mütəxəssis transferdə heç bir maneənin olmadığını və 18 yaşlı kotdivuarlı vingerin komandaya qoşulacağını söyləyib.

Qeyd edək ki, Amad Diallo 2019-cu ildən “Atalanta”nın əsas komandasındadır.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …