Ana səhifə / İdman / “Mançester Siti”nin oyunundan sonra 2 azarkeş həbs olunub

“Mançester Siti”nin oyunundan sonra 2 azarkeş həbs olunub

İngiltərə polisi “Mançester Siti” və “Börnli” komandaları arasında “Etihad stadionunda” keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib.

“Sky Sports”un məlumatına görə, hadisəyə fanatların homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.

Həmçinin ictimai asayişi pozmaqda və xidmətdə olan polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinən başqa bir tərəfdar saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, matçlar zamanı irqçilik və təhqirə yol verənlərə qarşı qəti tədbirlər görüləcək.

Qeyd edək ki, “Mançester Siti” – “Börnli” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmçinin oxuyun

Messi: “Heç vaxt ən yaxşı futbolçu olduğumu deməmişəm”

PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top”a sahib olması barədə danışarkən heç vaxt dünyanın ən yaxşı …