Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Mançester Siti” “Arsenal”ı darmadağın etdi

“Mançester Siti” “Arsenal”ı darmadağın etdi

Avqustun 28-də futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.

Belə ki, açılış oyununda “Mançester Siti” “Arsenal”la qarşılaşıb. “Etihad” stadionunda keçirilən görüşdə meydan sahibləri “topçular”ı darmadağın edib – 5:0.
“Şəhərlilər”in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12-ci və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub.

Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran “Mançester Siti” liderliyə yüksəlib. Xalı olmayan “Arsenal” isə sonuncudur.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …