Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Mançester Siti” 300 milyon avro itirə bilər

“Mançester Siti” 300 milyon avro itirə bilər

“Maliyyə itkiləri komandaya mənfi təsir göstərəcək”

UEFA-nın İngiltərənin “Mançester Siti” klubunun Çempionlar Liqasından iki il müddətinə uzaqlaşdırılıması barədə qərarı klubu 300 milyon avrodan məhrum edə bilər.

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə maliyyə eksperti Kiran Maquayr “Sky Sports” nəşrinə müsahibəsində bildirib.

O, qeyd edib ki, maliyyə itkiləri komandaya da mənfi təsir göstərəcək.

Qeyd edək ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin “Mançester Siti” klubunun Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub.

“Mançester Siti” klubu isə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətində olduğunu açıqlayıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …